Xəbərlər

İcbari Sığorta Bürosunun Nizamnaməsinə dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli, 828 nömrəli  Fərmanına və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 04 mart 2016-cı il tarixli, 148-VQD nömrəli Qanununa əsasən, İcbari Sığorta Bürosunun Nizamnaməsində “sığorta nəzarəti orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində  23 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq 3-cü (üçüncü) redaksiyada təsdiq edilmişdir. Həmçinin Nizamnamənin 6.2 maddəsinə uyğun olaraq Himayəçilər Şurasının üzvlərinin tərkibində olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi ilə əvəz edilmişdir.

Xəbərlərə abunə ol