Xəbərlər

İcbari Sığorta Bürosu Yaşıl Kart Sisteminin 19-cu Regional Cənub-Şərq Qrupunun iclasında iştirak etmişdir.

8-9 Oktyabr tarixlərində Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda Yaşıl Kart sisteminə üzv olan ölkələrinin Cənub-Şərq Qrupunun 19-cu Regional İclası keçirilmişdir. İcbari Sığorta Bürosu ilk dəfə olaraq Regional İclasda qonaq qismində  iştirak etmişdir.

Görüşdə, İcbari Sığorta Bürosunun İcraçı Direktoru Elxan Quluyev Azərbaycanın Yaşıl Kart sistemində iştirakı və Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta bazarındakı cari vəziyyəti ilə bağlı təqdimatla çıxış etmişdir.

Qeyd edək ki, Yaşıl Kart sisteminin Cənub-Şərq Qrupuna 12 ölkə daxildir. Bunlara Albaniya, Bosniya və Hersoqovina, Bolqarıstan, Kipr, Keçmiş Yuqoslaviya Makedoniya Respublikası, Yunanıstan, İran, İsrail, Moldova, Rumıniya, Serbiya və Türkiyə aiddir. İcbari Sığorta Bürosu Yaşıl Kart sisteminin maliyyə tələblərini təmin etdikdən sonra, 1 Yanvar 2016-cı il tarixindən Azərbaycan Cənub-Şərq Qrupuna daxil olacaqdır.

Xəbərlərə abunə ol