Xəbərlər

İcbari Sığorta Bürosu Yaşıl Kart Sistemi çərçivəsində sığorta ödənişi həyata keçirmişdir.

İcbari Sığorta Bürosu tərəfindən, Yaşıl Kart Sistemi çərçivəsində 21 İyun 2016-cı il tarixində, saat 00:00 radələrində Bakı-Quba yolu, Sumqayıt şossesinin 9-cu kilometrliyində  Ukrayna vətəndaşının təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsində nəqliyyat vasitəsinə dəyən zərərlə bağlı Azərbaycan Respublikasının vətəndaşına 1350 (min üç yüz əlli ) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Sığorta ödənişi poçt vasitəsilə 11 iyul 2016-cı il tarixində köçürülmüşdür.

Xəbərlərə abunə ol