Xəbərlər

İcbari Sığorta Bürosu Yaşıl Kart Sistemi çərçivəsində ilk sığorta ödənişi həyata keçirmişdir.

Azərbaycan Respublikasında  Milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirən İcbari Sığorta Bürosu tərəfindən, Yaşıl Kart Sistemi çərçivəsində 14 May 2016-cı il tarixində, saat 22:00 radələrində Bakı şəhəri, Tbilisi prospektində Ukrayna vətəndaşının təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat  hadisəsində nəqliyyat vasitəsinə dəyən zərərlə bağlı Azərbaycan Respublikasının vətəndaşına 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

 Sığorta ödənişi poçt vasitəsilə 09 iyun 2016-cı il tarixində köçürülmüşdür.

Xəbərlərə abunə ol