Xəbərlər

İcbari Sığorta Bürosu tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilmişdir.

İcbari Sığorta Bürosu tərəfindən 29 sentyabr 2012-ci il tarixində saat 13:00 radələrində, Hacıqabul-Mincivan yolunun Füzuli rayonu ərazisindən keçən 150,5 kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvlərinin ikisinin ölümü ilə əlaqədar 10 000 AZN ( on min manat), digər  üzvün ölümü ilə əlaqədar 2500 AZN ( iki min beş yüz manat),  digər bir  nəfərin və özünün az ağır dərəcəli bədən xəsarətləri almaqları ilə əlaqədar 3 000 AZN ( üç min manat), ümumilikdə isə hadisə üzrə 15 500 AZN (on beş min beş yüz  manat) məbləğində kompensasiya ödənişi Azərbaycan Respublikasının vətəndaşına poçt vasitəsi ilə 21 dekabr 2015-ci il tarixində köçürülmüşdür.

Xəbərlərə abunə ol