Xəbərlər

İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi həyata keçirilmişdir.  

İcbari Sığorta Bürosu tərəfindən 18 iyul 2014-cü il tarixdə, saat 05:00 radələrində Saatlı-Əhmədbəyli yolunun Saatlı şəhəri, A.Abuzərov küçəsindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində II qrup əlilliyə səbəb olmuş az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar, Azərbaycan Respublikası vətəndaşına 3000 AZN (üç min manat) məbləğində kompensasiya ödənişi verilmişdir. Kompensasiya ödənişi 28 sentyabr 2016-cı il tarixində poçt vasitəsi ilə köçürülmüşdür.

Xəbərlərə abunə ol