Xəbərlər

İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi həyata keçirilmişdir.

İcbari Sığorta Bürosu tərəfindən 28 aprel 2015-ci il tarixində saat 18:00 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində  baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində  ailə üzvünün az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar, Azərbaycan Respublikasının vətəndaşına 1500 (bir min beş yüz) manat məbləğində kompensasiya ödənişi verilmişdir. Kompensasiya ödənişi 19 yanvar 2016-cı il tarixində poçt vasitəsi ilə köçürülmüşdür.

Xəbərlərə abunə ol