Xəbərlər

İcbari Sığorta Bürosu tərəfindən 4 il ərzində 1 milyon manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İcbari Sığorta Bürosu 18 aprel 2012-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazisində baş verən yol-nəqliyyat hadisələri nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə aşağıdakı hallarda kompensasiya ödənişlərinin verilməsinə başlamışdır:

  • üçüncü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda;
  • avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda

İcbari Sığorta Bürosu tərəfindən 14 dekabr 2012-ci il tarixdən 2016-cı il 22 iyun tarixi daxil olmaqla 1.000,031.15 AZN məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. 2012-ci ildə 1 kompensasiya tələbi üzrə 5000 AZN, 2013-cü ildə 24 kompensasiya tələbi üzrə 54,391.50 AZN, 2014-cü ildə 73 kompensasiya tələbi üzrə 253, 276 AZN, 2015-ci ildə 117 kompensasiya tələbi üzrə 377,280.31 AZN, 01 yanvar 2016-cı il tarixindən 22 iyun  2016-cı il tarixədək  isə 83 kompensasiya tələbi üzrə 310,083.34 AZN kompensasiya ödənişi həyata keçirilmişdir.

 

Xəbərlərə abunə ol