Xəbərlər

İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi həyata keçirilmişdir

İcbari Sığorta Bürosu tərəfindən 23 noyabr 2015-ci il tarixində, saat 18:00 radələrində  Naftalan şəhəri, Qoşa Qaraqoyunlu kəndi  ərazisindən keçən yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikasının vətəndaşna ailə üzvünün ölümü ilə əlaqədar 5000 AZN (beş min manat) məbləğində kompensasiya ödənişi verilmişdir. Kompensasiya ödənişi 19 oktyabr 2016-cı il tarixində poçt vasitəsi ilə köçürülmüşdür.

Xəbərlərə abunə ol