Xəbərlər

İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi həyata keçirilmişdir.

İcbari Sığorta Bürosu 24 oktyabr 2013-cü il tarixdə, saat 18:20 radələrində, Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Goranboy rayonu ərazisindən keçən 335-ci kilometirliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikasının vətəndaşlarına ailə üzvünün ölümü ilə əlaqədar 4 500 AZN (dörd min beş yüz manat), ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar 1 000 AZN (bir min manat) məbləğində kompensasiya ödənişi verilmişdir. Kompensasiya ödənişləri 14 oktyabr 2016-cı il tarixində poçt vasitəsi ilə köçürülmüşdür.

Xəbərlərə abunə ol