Xəbərlər

İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi həyata keçirilmişdir.

İcbari Sığorta Bürosu tərəfindən 23 aprel 2016-cı il tarixdə saat 19:32 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 83-cü kilometrliyində  baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində  bir nəfərin vəfat etməsi ilə əlaqədar 5000 AZN( beş min manat),  digər şəxsin ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar 1500 AZN ( min beş yüz manat), həmçinin digər iki şəxsin az  ağır dərəcəli xəsarətlər alması  ilə  əlaqədar 3000 AZN ( üç min manat) məbləğində kompensasiya ödənişləri Azərbaycan Respublikasının vətəndaşlarına  poçt vasitəsi ilə  29 noyabr 2016-cı il tarixdə köçürülmüşdür.

Xəbərlərə abunə ol