Xəbərlər

İcbari Sığorta Bürosu növbəti kompensasiya ödənişini həyata keçirmişdir.

İcbari Sığorta Bürosu tərəfindən 20 mart 2014-ci il tarixində saat 10:00 radələrində Goran-Naftalan yolunun Goranboy rayonu ərazisindən keçən  3-cü km-də baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün ölməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 5000 AZN (beş min manat), digər vətəndaşın ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar isə 1500 AZN (min beş yüz manat),  məbləğində kompensasiya ödənişi poçt vasitəsi ilə 13 oktyabr 2015-ci il tarixində köçürülmüşdür.

Xəbərlərə abunə ol