Xəbərlər

İcbari Sığorta Bürosu maarifləndirici videoçarxlar silsiləsinə start verir

İcbari sığorta növləri ilə bağlı məlumatlılığın yüksəldilməsi çərçivəsində İcbari Sığorta Bürosu tərəfindən maarifləndirici videoçarxların hazırlanaraq ictimaiyyətə təqdim edilməsi nəzərə tutulur. Bu qəbildən olan ilk videoçarx sığortalıların icbari avtoməsuliyyət sığortası müqavilələrinə dair məlumatları necə əldə edə bilməsi mövzusuna həsr olunub. Videoçarxla İcbari Sığorta Bürosunun veb-saytında, YouTube kanalında və Facebook səhifəsində tanış olmaq mümkündür:

Xəbərlərə abunə ol