Xəbərlər

İcbari Sığorta Bürosu 25 650 AZN məbləğində kompensasiya ödənişi həyata keçirmişdir.

İcbari Sığorta Bürosuna 23 oktyabr 2014-cü il tarixində saat 15:00 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Qaradağ rayonu ərazisindən keçən 16-cı km-də baş vermiş yol-nəqliyyat hadisəsində dörd ailənin üzvlərinin xəsarət alması ilə əlaqədar müraciət daxil olmuşdur. Büro tərəfindən bu hadisə üzrə üç ailənin hər birinin bir üzvünün ölməsi ilə əlaqədar 15000 AZN (on beş min manat) və həmin dörd ailənin digər üzvlərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar isə 10650 AZN ( on min altı yüz əlli manat) məbləğində kompensasiya ödənişi Azərbaycan Respublikasının vətəndaşlarına 26 oktyabr 2015-ci il tarixində poçt vasitəsi ilə köçürülmüşdür.

İcbari Sığorta Bürosu 2012-2014-cü illər ərzində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsi olmayan avtobuslar tərəfindən törədilmiş 12 yol-nəqliyyat hadisəsi ilə bağlı ümumilikdə 76313,64 AZN məbləğində kompensasiya ödənişi həyata keçirmişdir. Avtobusların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 13 nəfər ölmüş, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Xəbərlərə abunə ol