Xəbərlər

İcbari avtoməsuliyyət sığortası üzrə son kağız müqavilələrin qüvvəsi bitmişdir

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə kağız daşıyıcıda daha əvvəl (2016-cı il 31 oktyabr, saat 23:59-dək) bağlanmış müqavilələrin (şəhadətnamələrin) təminat müddəti cari ilin 31 oktyabr tarixində saat 23:59-da bitmişdir1. Bununla, kağız şəhadətnamə blanklarında rəsmiləşdirilmiş icbari avtoməsuliyyət sığortası müqavilələri tamamilə dövriyyədən çıxarılmışdır.

Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri yalnız elektron sənəd formasında bağlanılır.


1Qeyd: bu müqavilələr üzrə təminat müddəti ertəsi gün, yəni 1 noyabr 2016-cı il tarixindən başlandığına görə.

Xəbərlərə abunə ol