Xəbərlər

Fevral ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 904 müqavilə bağlanmışdır.

2016-cı ilin fevral ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 904 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 755,887 min manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 64,01%-i yaşayış evləri və mənzillər, 0,98% -i inzibati binalar, 35,01%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 56%, sığorta haqlarının məbləğində isə 80% faiz azalma müşahidə edilmişdir.

Fevral ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 373, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 7 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları  21 960 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 8 178 manat təşkil etmişdir.

Xəbərlərə abunə ol