Xəbərlər

Fevral ayında 75 590 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.

2016-cı ilin fevral ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 75 590 müqavilə qeydiyyata alınmışdır. Bunların 8 974 ədədi xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir.

Ümumilikdə fevral ayı ərzində standard və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,3 milyon manat təşkil etmişdir.

2015-ci ilin fevral ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 18,2%, sığorta haqlarının məbləğində isə 24,7% artım müşahidə edilmişdir.

Xəbərlərə abunə ol