Xəbərlər

Fevral ayında 1476 Yaşıl Kart müqaviləsi bağlanılmışdır

2017-ci ilin fevral ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1476 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Bunlardan 786 müqavilə Türkiyə və İran İslam Respublikasına, 657 müqavilə Rusiya, Moldova və Ukrayna Respublikasına, 33 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur. Fevral ayında beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 108254 manat təşkil etmişdir. Yaşıl Kart üzrə bağlanılan müqavilələrin 1165-i minik, 168-i yük, 135-i qoşqu, 7-i avtobus, 1-i isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

Hazırda Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.

Xəbərlərə abunə ol