Büronun iştirakçısı olmaq istəyən sığortaçıların nəzərinə:

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hər hansı icbari sığorta növünü aparmağa icazə almaq və bu növ üzrə fəaliyyət göstərmək üçün sığortaçı İcbari Sığorta Bürosunun iştirakçısı olmalıdır. Bunun üçün sığortaçı:

  1. İlk növbədə aparmaq istədiyi icbari sığorta növünə icazənin verilməsi ilə bağlı ilkin razılıq üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə rəsmi müraciət edir.
  2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin ilkin razılığını aldıqdan sonra sığortaçı Büroda iştirak etmək istəyi ilə bağlı ona rəsmi müraciət edir.

Müraciətə aşağıdakı sənədlər əlavə edilir:

a) Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin ilkin razılığı ifadə olunan sənədin surəti;

b) kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;

3. Bundan sonra sığortaçı qanunla müəyyən edilmiş icbari ödənişləri-iştirak haqqını (200.000 (iki yüz min) manat) və aparmaq istədiyi icbari sığorta üzrə təminat depozitini Büronun müvafiq bank hesabına ödəyir.

Qeyd: İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği müvafiq icbari sığorta növləri üzrə aşağıdakı kimi müəyyən edilmişdir:

  • Daşınmaz əmlakın icbari sığortası üzrə – 100.000 (yüz min) manat;
  • Daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 100.000 (yüz min) manat;
  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 200.000 (iki yüz min) manat;
  • Sərnişinlərin icbari sığortası üzrə – 200.000 (iki yüz min) manat;
  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə – 100.000 (yüz min) manat.

4. Büro 1 (bir) gün ərzində iştirakçı sığortaçıların reyestrindən çıxarışı sığortaçıya təqdim edir.

5. Sığortaçı 4-cü bənddə göstərilən çıxarışın əlavə olunduğu, müvafiq icbari sığorta növünün aparılmasına icazə verilməsi üçün rəsmi müraciəti Dövlət Sığorta Nəzarəti Xidmətinə təqdim edir.
İştirak haqqının ödənilməsini və təminat depozitinin yerləşdirilməsini təsdiq edən sənədlərin Büroya daxil olduğu tarixdən sığortaçı Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edilir və həmin tarixdən Büronun iştirakçısı sayılır.

 

Sorğu

Yeni saytımızı bəyənirsiniz mi ?

Səs ver Nəticə
Geri