News

2016-cı il ərzində 996 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.

2016-cı ilin yanvar-dekabr ayları ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 996 632 müqavilə qeydiyyata alınmışdır. Bunların 130 655-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 79,8 milyon manat təşkil etmişdir.

2015-ci il ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 3.3%, sığorta haqlarının məbləğində isə 4.4% artım müşahidə edilmişdir.

2016-cı ildə Azərbaycan Respublikasında qeydiyyatda olan nəqliyyat vasitələri üzrə orta sığorta haqqı 88 AZN təşkil etmişdir.

Qeyd edək ki, hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 13 sığorta şirkəti (http://isb.az/istirakci-sigorta-sirketleri/  ) fəaliyyət  göstərir.

Subscribe to news