Bürolar Şurası

Bürolar Şurası Yaşıl Kart Sisteminin üzvləri olan ölkələrin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərən Milli Sığortaçıların Bürolarından ibarətdir.

Şura əsasən aşağıda qeyd olunan funksiyaları yerinə yetirir:

  • BMT-nin Avropa İqtisadi Komissiyasının Quru Nəqliyyat Komitəsinin Yol Nəqliyyatı üzrə İşçi Qrupunun (bundan sonra “İşçi Qrupu”) nəzdində ( Yaşıl Kart Sistemi kimi tanınan) Beynəlxalq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta sisteminin fəaliyyətinin idarə olunmasının təmin edilməsi;
  • 1949-cu ildə İşçi Qrupu tərəfindən qəbul edilmiş 5 saylı Tövsiyənin (E/ECE/TRANS/145), Tövsiyə və Qətnamələrə sonradan edilmiş hər hansı dəyişikliklərlə birgə uğurla həyata keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsinin təmin edilməsi;
  • İşçi Qrupu və ya “Yaşıl Kart” sisteminin fəaliyyət ilə bağlı ola biləcək məsələlərlə məşğul olan digər orqanlarla sıx əlaqələrin saxlanılması və bu orqanlar tərəfindən qaldırılmış məsələlərin baxılması;
  • Bürolar Şurasının Daxili Qaydaları ilə tam uyğunluğun təmin edilməsi;
  • Yol-nəqliyyat hadisəsi baş vermiş ölkənin rezidenti olmayan zərərçəkən şəxslərin müdafiəsinin təmin edilməsi;
  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlara xidmətlərin göstərilməsi.

 

Baş Assambleya

Baş Asambleya Bürolar Şurasının ali orqanıdır və Şuranın ümumi məqsədlərindən irəli gələn məsələlərlə bağlı istənilən sualı qaldırmaq və qərar qəbul etmək səlahiyyətinə malikdir. Baş Asambleya “Yaşıl Kart” Sisteminin effektiv fəaliyyətini təmin etmək üçün zəruri hesab etdiyi bütün tədbirləri həyata keçirməlidir.

Baş Asambleya Bürolar Şurasının və onun Üzvlərinin ümumi maraqlarını və mənafelərini qorumalıdır.

Baş Asambleya xüsusən:

  • Prezidenti təyin edir və İdarəedici Komitənin tövsiyəsindən sonra Bürolar Şurasının Vitse – Prezidentini və Baş Katibini təsdiq edir;
  • Üzvlərin maliyyə ödənişlərini 13.4.6-ci maddəyə uyğun olaraq əsaslarını müəyyən edir və İdarəedici Komitə tərəfindən təqdim olunan illik Audit Hesabatları təsdiq edir;
  • Daxili Qaydalarda nəzərdə tutulan sığorta tələblərinin baxılması xərclərinin hesablama qaydalarını təyin edir;
  • Üzvlüklə bağlı ərizələri, üzvlüyün dayandırılması və xitamı,həmçinin üzvlüyün bərpası və üzvlüyə qəbul olunma şərtləri barədə qərarlar qəbul edir;
  • İşçi Qrupu, Avropa Birliyi və Bürolar Şurasının məqsədləri çərçivəsində fəaliyyət göstərən digər orqanlardan daxil olan məsələlərin həll edilmə siyasəti barədə qərarlar qəbul edir;
  • Xarici Auditləri təyin edir və İdarəedici Komitənin təklifi əsasında onların mükafatlandırılması barədə qərarlar qəbul edir;
  • Daxili Auditləri təyin edir və onların illik hesabatlarını təsdiq edir;

İdarəedici Komitə

Bürolar Şurasının icraedici orqanı İdarəedici Komitədir və aşağıdaki funksiyaları yerinə yetirir:

  • bütövlükdə Bürolar Şurasının  və Üzvlərinin ümumi maraqlarını və ortaq mənafelərini müdafiə və inkişaf etdirmək;
  • Bürolar Şurasının funksiya və xərcləri üzrə nəzarəti həyata keçirmək;
  • komitələrə tapşırılmış vəzifələri Prezidentlə birlikdə koordinasiya etmək, bu vəzifələrin yerinə yetirilmə prioritetlərini müəyyən etmək və Baş Asambleyaya təsdiq üçün tövsiyə ediləcək hesabatları təsdiq etmək;
  • Bürolar Şurasının  sıradan və ya xüsusi illik Büdcəsini, Fəaliyyət planını və Prezident tərəfindən təklif olunan strateji məsələləri təsdiqləmək, iqtisadi sahədə mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı qərarlar qəbul etmək;
  • xüsusi məsələlərin baxılması məqsədilə İşçi Qrupları yaratmaq və bu İşçi Qruplarının hazırladığı hesabatlara əsasən qərar qəbul etmək.

Bürolar Şurasının üç Daimi Komitəsi mövcuddur:

  • Daxili Qaydalar üzrə Komitə
  • Müraciətlərlə iş üzrə Komitə
  • Monitorinq üzrə Komitə

Bürolar Şurasının rəsmi dilləri İngilis və Fransız dilləridir. Şuranın ləğvi yalnız İdarəedici Komitənin xüsusi təklifi əsasında Baş Asambleya tərəfindən qərara alına bilər.

 

Bürolar Şurasının daxili sənədləri

Sorğu

Yeni saytımızı bəyənirsiniz mi ?

Səs ver Nəticə
Geri