Büro haqqında

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli, 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanının 3.1.12-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən 19.10.2011-ci il tarixdə İcbari Sığorta Bürosunun təsis iclası çağırılmışdır. Büronun təsis iclasına “İcbari sığortalar haqqında” qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçılar çağırılmışlar.

Büronun təsis iclasında aşağıdakı məsələlər barədə qərarlar qəbul edilmişdir:

  • Büronun təsis edilməsi;
  • Büronun nizamnaməsinin təsdiq olunması;
  • Büronun fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, o cümlədən Büronun dövlət qeydiyyatına alınması məqsədilə müvəqqəti inzibatçının seçilməsi.

“İcbari Sığorta Bürosu” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2011-ci il 29 noyabr tarixdə dövlət qeydiyyatına alınmışdır. (şəhadətnamə N 1111-Q38-3003)

İcbari Sığorta Bürosunun iştirakçıları aşağıda göstərilən icbari sığorta növlərini həyata keçirə bilərlər:

  • Daşınmaz əmlakın icbari sığortası
  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
  • Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası
  • Sərnişinlərin icbari fərdi qəza sığortası
  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

İştirakçı sığortaçı ilə Büro arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər Büronun nizamnaməsində nəzərdə tutulur.

Sorğu

Yeni saytımızı bəyənirsiniz mi ?

Səs ver Nəticə
Geri