Xəbərlər

Bu gün 2016-cı il üçün informasiya sistemində sığortalıların Bonus-Malus sinifləri yenilənmişdir.

Hər il yanvar ayının 15-də Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsini bağlayan şəxslərin Bonus-Malus sinifləri yenilənir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsini yeniləyən şəxs (lər) ödəməli olacaqları baza sığorta haqlarına onların ötən ildəki “qəza tarixçələri” və “sığortalı günlərinin sayı” təsir göstərir.

İnformasiya sistemində 2016-cı ildə yeni 10-cu sinif yaranmışdır ki, bu sinfin Bonus əmsalı 0,80-dır. Yəni, 10-cu sinfə daxil olan sığortalılar bu il avtonəqliyyat üzrə icbari sığorta müqavilələrini 20% güzəşt ilə əldə edəcəklər. Bu sinfə 4 il ərzində  heç bir sığorta hadisəsi olmayan və hər il ərzində sığortalı günlərinin sayı 275 gündən çox olan sığortalılar daxildirlər.

 2016-cı ildə sığortalıların təxminən 50%-i yeni sığorta müqaviləsi bağlayarkən 5% güzəşt əmsalı, 20%-i 10% güzəşt əmsalı, 12%-i 15% güzəşt əmsalı, 5-i isə 20% güzəşt əmsalı əldə edəcəklər. 2016-cı ildə ən riskli sinfə daxil olan sığortalıların sayı 50 nəfər olmuşdur ki, bu sinfin cərimə əmsalı 3-ə bərabərdir.

 2016-cı il üçün informasiya sistemində sığortalıların Bonus Malus sinifləri haqqında olan məlumatlar aşağıdakı kimi olmuşdur:

BM

Rəqəmlərdən də göründüyü kimi 2016-cı ildə sığortalıların 87,1%-i güzəşt, 1,7%-i cərimə əmsalları ilə icbari sığorta müqavilələrini əldə edəcəklər, 11,2% olan sığortalılar isə sığorta müqavilələrini baza sığorta haqqı ilə əldə edəcəklər.

 

Xəbərlərə abunə ol