Xəbərlər

Bakıda KİV nümayəndələri üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), İcbari Sığorta Bürosunun (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə təşkilatçılığı ilə bu gün KİV nümayəndələri üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib.

Dialoq formasında keçirilən təlimdə iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, təkrarsığorta, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə ediblər.

Təlimdə İSB-nin icraçı direktoru Rəşad Əhmədov və MBNP-nın Sığorta fəaliyyətinə nəzarət departamentinin rəsmisi Firdovsi Ağaşirinov geniş təqdimatla çıxış ediblər.

Təlimdən sonra KİV nümayəndələrinin sığorta şirkətinə ekskursiyası təşkil olunub. Ekskursiya çərçivəsində sığorta mexanizminin təcrübədə həyata keçirilməsi, o cümlədən satış mexanizmi, iddiaların tənzimlənməsi, anderraytinq və təkrarsığorta və müştəri məmnuniyyətinin qiymətləndirilməsi ilə bağlı məlumatlar təqdim edilib.

Xəbərlərə abunə ol