Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

Mühərrikinin silindrinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:

  • Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
  • Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
  • Mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
  • Motosiklеtlər və motorollerlər;
  • Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri
  • Trollеybuslar və tramvaylar.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası kalkulyatoru

  • Sığorta haqqı

Hadisə zamanı nə etməli

      1. Hadisə baş verdikdə (102) nömrəsinə zəng edib DİN/DYP əməkdaşlarını hadisə yerinə çağırmaq vacibdir.

      2. Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün təcili yardım (103), FHN (112) və digər lazımi qurumlara xəbər verin.

      3. Hadisə baş verdikdə, dərhal zərərvuran nəqliyyat vasitəsinin icbari qaydada sığortalayan sığorta şirkətinə məlumat verilməlidir.

                  Sığorta şəhadətnaməsində Sığortaçının qaynar xətt nömrələri qeyd olunur

                 Sığortaçının qaynar xətt nömrələrini bilmirsinizsə 9707 SMS xidmətindən istifadə edin

Zərərvuran nəqliyyat vasitəsinin sahibinin icbari sığortasının olub olmamasını və hansı sığorta şirkətində sığortalandığı barədə məlumatı əldə etmək üçün 9707 qısa nömrəsinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını göndərməklə əldə edə bilərsiniz.

4. Hadisə yeri tərk etməyin

Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın və sığorta şirkətinə (və ya onun nümayəndəsinə) təqdim edin. Aşağıdakı hallarda zərər dəymiş əmlakın yerinin dəyişdirilməsi və ya onun hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür:

  • zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması, zərər dəymiş əmlakın başqa şəxslərin hərəkətinə mane olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı;
  • sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
  • digər hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda.

      5. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin.

      6. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını sığorta şirkətindən tələb edin və onu dolduraraq dərhal sığorta şirkətinə təqdim edin.

Qanunvericilik və qaydalar

Sorğu

Yeni saytımızı bəyənirsiniz mi ?

Səs ver Nəticə
Geri