Xəbərlər

Avqust ayında 93 355 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.

2016-cı ilin avqust ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93 355 müqavilə qeydiyyata alınmışdır. Bunların 14 062-si xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. 2016-cı ilin avqust ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,4 milyon manat təşkil etmişdir.

2015-ci ilin avqsut ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 4,7%, sığorta haqlarının məbləğində isə 2,6% artım müşahidə edilmişdir.

Avqust ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin iyul ayı ilə müqayisədə 1.7% artaraq 79.2 manat təşkil etmişdir.

Xəbərlərə abunə ol