Xəbərlər

Avqust ayında 1 702 Yaşıl Kart müqaviləsi bağlanılmışdır.

Avqust ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 702 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Bu müqavilələrdən 1 310 müqavilə Türkiyə və İran İslam Respublikasına, 315 müqavilə isə Rusiya, Moldova və Ukrayna Respublikasına, 77 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur.  Avqust ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 97 988 manat təşkil etmişdir. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 1530-u minik, 86-sı yük, 71-i qoşqu, 11-i avtobus, 4-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

Xəbərlərə abunə ol