Xəbərlər

Aprel ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6 894 müqavilə bağlanılmışdır

2016-cı ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6 894 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,2 milyon manatdan çox olmuşdur. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 60,1%-i yaşayış evləri və mənzillər, 0,5% -i inzibati binalar, 39,4%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 37,1%, sığorta haqlarının məbləğində isə 19,4% faiz azalma müşahidə edilmişdir.

Aprel ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 623, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 68 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları  48 570 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 37 833 manat təşkil etmişdir.

Xəbərlərə abunə ol