9707 SMS XİDMƏTİ

Siz 9707 SMS xidmətindən istifadə edərək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə vasitəsilə təsdiqləyici bilgi, həmçinin müqavilədə əks olunan digər məlumatları əldə edə bilərsiniz. Bir SMS-in qiyməti 0.16 AZN (ƏDV daxil) təşkil edir.

Mobil telefonunuzdan 9707 nömrəsinə avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını (məsələn: 10PX806, rəqəm və hərflər arasında məsafə buraxmadan) yazıb SMS göndərin.

  • 1

    Əgər NV-nin icbari sığorta şəhadətnaməsi etibarlıdırsa, Siz sığorta şəhadətnaməsinin məxsus olduğu sığorta şirkətinin adı və sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta şirkəti ilə əlaqə saxlanılması üçün nəzərdə tutulan telefon nömrələri barədə SMS alacaqsınız.

  • 2

    Əgər NV-nin icbari sığorta şəhadətnaməsi etibarlı deyilsə, Siz sığorta şəhadətnaməsinin etibarlı olmaması barədə SMS alacaqsınız.

Mobil telefonunuzdan 9707 nömrəsinə NV-nin icbari sığorta şəhadətnaməsinin nömrəsini (məsələn: PAT1100000001) yazıb SMS göndərin.

  • 1

    Əgər NV-nin icbari sığorta şəhadətnaməsi etibarlıdırsa, Siz sığorta şəhadətnaməsinin məxsus olduğu sığorta şirkətinin adı və qüvvədə olma müddəti haqqında SMS alacaqsınız.

  • 2

    Əgər NV-nin icbari sığorta şəhadətnaməsi etibarlı deyilsə, Siz sığorta şəhadətnaməsinin etibarlı olmaması barədə SMS alacaqsınız.

Sorğu

Yeni saytımızı bəyənirsiniz mi ?

Səs ver Nəticə
Geri