Xəbərlər

4 icbari sığorta növü üzrə Yaddaş Vərəqələri hazırlanmışdır.

Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanununun 23.2.1 maddəsinə əsasən sığorta şirkəti, sığorta müqaviləsi bağlayarkən sığortalıya yaddaş vərəqəsi verilməsini təmin etməlidir. Belə ki, sığorta müqavilələri bağlanan zaman sığortaçılar sığortalını və sığorta olunanı müvafiq icbari sığortanın şərtləri, onun icbarı sığorta müqaviləsindən irəli gələn hüquq və vəzifələri ilə tanış etməlidirlər. Həmçinin, sığortaçı sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi bildirən və sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən yaddaş vərəqələrini təqdim etməlidir.

Aşağıdakı linklərdən 4 icbari sığorta növü üzrə hazırlanmış yaddaş vərəqələri ilə tanış ola bilərsiniz.

Daşınmaz əmlakın icbari sığortası üzrə Yaddaş Vərəqəsi ;

http://isb.az/wp-content/uploads/2015/03/D-S-yadda-vereqi.pdf

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə Yaddaş Vərəqəsi ;

http://isb.az/wp-content/uploads/2015/03/AVSMMIS-Yadda-v-r-q-si.pdf

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə Yaddaş Vərəqəsi ;

http://isb.az/wp-content/uploads/2015/03/S-rni-inl-r-zr-yadda-v-r-q-si-.pdf

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə Yaddaş Vərəqəsi ;

http://isb.az/wp-content/uploads/2015/03/DE-MM-S-yaddas-vereqesi.pdf

Qeyd edək ki, yaxın zamanlarda bu yaddaş vərəqələrinin Büronun informasiya sistemində yerləşdirilməsi nəzərdə tutulur. Beləliklə sığorta şəhadətnaməsi çap edilib sığortalıya təqdim edilərkən yaddaş vərəqəsinin də sistemdən birbaşa  çap edilməsi mümkün olacaqdır.

Xəbərlərə abunə ol