Xəbərlər

2016-cı ilin ilk yeddi ayı ərzində 628 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.

2016-cı ilin yanvar-iyul ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 628 352 sığorta müqaviləsi bağlanmışdır. Bağlanılan müqavilələr üzrə sığorta haqları 50 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 6 %, sığorta haqlarının məbləğində isə 9 % artım müşahidə edilmişdir.

 2016-cı ilin yanvar-iyul ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 10 988 sığorta tələbi üzrə 14 milyon manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 4 % azalma müşahidə edilmişdir.

Xəbərlərə abunə ol