Xəbərlər

2016-cı ilin ilk altı ayı ərzində AVSMMİS üzrə 11,6 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

2016-cı ilin iyun ayı ərzində İcbari Sığorta Bürosunun elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2 238 sığorta tələbi qeydiyyata alınmışdır. Bu tələblər üzrə 2,6 milyon manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olmuşdur:

001

2016-cı ilin iyun ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 144 manat  təşkil etmişdir.

Ümumilikdə 2016-cı ilin yanvar-iyun ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 9 255 sığorta tələbi üzrə 11 577 849 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 3 % azalma müşahidə edilmişdir.

Xəbərlərə abunə ol