Xəbərlər

2016-cı ildə AVSMMİS üzrə 28,8 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

2016-cı il ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 24 197 sığorta tələbi üzrə 28,8 milyon manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olmuşdur.

capture

2015-ci il ilə müqayisədə sığorta şirkətləri tərəfindən həyata keçirilən sığorta ödənişlərinin məbləğində 27% artım müşahidə edilmişdir. 2016-ci ildə nəqliyyat vastəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 158 manat  təşkil etmişdir.

Xəbərlərə abunə ol