Xəbərlər

2016-cı il ərzində 10 514 sayda Yaşıl Kart müqaviləsi bağlanılmışdır.

2016-cı il ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 10 514 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Bu müqavilələrdən 7 497 müqavilə Türkiyə və İran İslam Respublikasına, 2 569 müqavilə isə Rusiya, Moldova və Ukrayna Respublikasına, 448 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur.  2016-cı il ərzində beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 768 684 manat təşkil etmişdir. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 8 630-u minik, 994-ü yük, 784-u qoşqu, 89-u avtobus, 17-i isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

Qeyd edək ki, avtomobil nəqliyyatı vasitələri ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülərin öz ölkələrindəki sığortaçılardan Yaşıl Kart əldə etməsi onun bütün səfər boyunca mülki məsuliyyətinin tam sığortalanmasını nəzərdə tutur və səfər etdiyi hər bir müvafiq xarici ölkənin sərhədində yeni mülki məsuliyyət sığortası almaq tələbindən azad edir.

Qeyd edək ki, hazırda yaşıl kart sğorta növü üzrə 13 sığorta şirkəti (https://greencard.isb.az/GreenCardParticipant/GreenCardParticipants ) fəaliyyət  göstərir.

Xəbərlərə abunə ol