Xəbərlər

2015-ci ilin ilk səkkiz ayı ərzində 764 221 icbari sığorta müqaviləsi bağlanılmışdır.

2015-ci ilin yanvar-avqust ayları ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 679 556 müqavilə qeydiyyata alınmışdır. Bunların 120 821-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 53 milyon manat təşkil etmişdir.

2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 11%, sığorta haqlarının məbləğində isə 16% artım müşahidə edilmişdir.

2015 və 2014-cü illərin yanvar-avqust aylarında informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilən 4 icbari sığorta növü üzrə bağlanmış müqavilələrin say və məbləği aşağıdakı kimi olmuşdur:

All

Xəbərlərə abunə ol