Xəbərlər

2015-ci ilin ilk altı ayı ərzində AVSMMİS üzrə 11,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

2015-ci ilin iyun ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 758 sığorta tələbi üzrə 2,2 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişlərinin bölgüsünü sizə təqdim edirik.

capture_odenish

Ümumilikdə 2015-ci ilin yanvar-iyun ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 11 898 851 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində isə 6 % azalma müşahidə edilmişdir.

İyun ayında İcbari Sığorta Bürosu tərəfindən 7 kompensasiya tələbi üzrə 19 800 manat, yanvar-iyun ayları ərzində isə 34 kompensasiya tələbi üzrə 130 133 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. 2015-ci ilin altı ayında həyata keçirilmiş kompensasiya ödənişlərinin məbləği ötən ilin altı ayı ilə müqayisədə 78% çox olmuşdur.

Xəbərlərə abunə ol