Xəbərlər

2015-ci ilin 11 ayı ərzində 900 minə yaxın avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.

2015-ci ilin yanvar-noyabr ayları ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 899 857 müqavilə qeydiyyata alınmışdır. Bunların 157 806-ı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 71 milyon manat təşkil etmişdir.

2014-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 5%, sığorta haqlarının məbləğində isə 9% artım müşahidə edilmişdir.

Xəbərlərə abunə ol