Xəbərlər

2015-ci ilin 10 ayı ərzində 826 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.

 2015-ci ilin yanvar-oktyabr ayları ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 826 744 müqavilə qeydiyyata alınmışdır. Bunların 145 726-ı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 65 milyon manat təşkil etmişdir.

2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 6%, sığorta haqlarının məbləğində isə 10% artım müşahidə edilmişdir.

Xəbərlərə abunə ol